Nida Xəbər
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbində, Qaradağ rayonu Daşqın Bəkirov adına körpələr evi-uşaq bağçasında, Xətai rayonu Zığ sağlamlıq mərkəzində və Nərimanov rayonu “Tərəqqi” texniki-humanitar liseyində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər 57 nömrəli körpələr evi-uşaq bağçasında, Qobustan kənd tam orta ümumtəhsil məktəbində, Sumqayıt Bələdiyyəsinin 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsində, Sumqayıt Dünya Məktəbində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsində və Abşeron rayonu Digah qəsəbə 6 saylı uşaq baxçasında, Cənub RM tərəfindən Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialında, Şimal-qərb RM tərəfindən Oğuz rayonu E.Haşımov adına Dəymədərə kənd və A.Əliyev adına Padar kənd tam orta məktəblərində, Aran RM tərəfindən Yevlax rayonu Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında işləməyən əhali ilə və Mingəçevir şəhəri İnteqrasiya təlimli internat tipli Gimnaziyada, Şimal RM tərəfindən Siyəzən rayonu Balaca Həmyə kənd tam orta məktəbində, Gəncə RM tərəfindən Gəncə şəhər 10 və 18 nömrəli körpələr evi uşaq bağçalarında və Qarabağ RM tərəfindən Füzuli rayonu Balabəhmənli kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Nida Xəbər 13:00Bakıda yanğın olan bina dövlət tərəfindən qorunur? - Rəsmi
-
Sosial12:37Pensiya və müavinətlərlə bağlı qərar verildi
-
Magazin212:16Emin Ağalarovun həyat yoldaşı yay formasını belə bərpa edir - FOTO
-
Region11:45II Qaregin çıxılmaz durumda: İfadə verməkdən imtina etdi
-
Nida Xəbər 11:29Vardanyana hökm oxundu - 20 il
-
Qoroskop11:242026-cı ilin yazında bu 3 bürcün həyatı inanılmaz şəkildə dəyişəcək
-
Dünya10:26Anna Akopyanla Paşinyanın vətəndaş nikahı bitdi - FOTO
-
Sosial10:03Baş nazir yeni qərar imzaladı






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
















.jpg)






.jpg)







