Nida Xəbər
Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər - Şok iddia
Vüqar Qurbanovun TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilməsi başqa bir məmuru hədəfə gətirib. Bu, İcrabi Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə və mediada onların arasında gizli və qeyri-leqal iş birliyinin olması barədə müzakirələr başlayıb. Əsasən satınalmalarda yeyintilərə və bəzi mənimsəmələrə yol verdikləri, tenderləri özlərinə yaxın şirkətlərin, adamların adlarına keçirdikləri ilə bağlı iddialar yayılır.
Növbəti belə bir iddia 2022-2023-cü illərdə Yeni Klinikanın əməkdaşı olmuş İlham Aslanova məxsusdur.
“Heç kəsə sirr deyil ki, TƏBİB sədri Vüqar Qurbanovun İcbari Tibbi Sığorta Agentliyinin (İTS) sədri Zaur Əliyevlə sıx əlaqələri mövcuddur. Maraqlıdır, görəsən, TƏBİB və İTS tərəfindən son 3 il ərzində elan etdikləri və həyata keçirdikləri satınalmalar üzrə kotirovka sorğuları, tenderlər də yoxlanılıbmı? Bu satınalma əməliyyatlarına cəlb edilən şirkətlər və təşkilatlar ilə əlaqələri araşdırılıbmı? Kimlərdir və kimlərin adamlarıdır?
Maliyyə Nazirliyi ötən il yoxlamalara başladı, bir sıra qanun pozuntuları aşkar etdi. Bu barədə ölkə mediası kifayət qədər yazıb. Maliyyə tərəfi araşdırıldı, aydındır. Bəs görəsən hüquq mühafizə orqanları bu məsələyə hansı hüquqi qiymət verəcək?”, – o özünün Feysbuk hesabında yazıb.
Xatırladaq ki, İcbari Tibbi Sığortanın təsis edilməsinin 10 illik yubileyi ilə bağlı fevralın 17-də keçirilməsi planlaşdırılan tədbir təxirə salınıb. Bəzi mənbələrin məlumatına görə, bu, TƏBİB-in icraçı direktorunun işdən çıxarılmasından sonra yaranan vəziyyətlə əlaqədardır.
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu










.jpg)
























