Nida Xəbər
Bakı Dakarla əlaqələri aktivləşdirir - Foto
Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Seneqala səfəri çərçivəsində Dakar şəhərinin meri Abbas Fall ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüş zamanı Bakı ilə Dakar şəhərləri arasında XX əsrin 60-cı illərində başlanmış əməkdaşlıq əlaqələrinin yenidən aktivləşdirilməsi, şəhər idarəçiliyi, infrastruktur, turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfir N. Səmədov Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib və Seneqal ilə əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini qeyd edib.
Dakar meri isə öz növbəsində əlaqələrin dərinləşdirilməsinə və konkret layihələrin həyata keçirilməsinə hazır olduqlarını ifadə edib.
2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinə dair meri məlumatlandıran Səfir, cari ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) dəvət məktubunu Dakar merinə təqdim edib. Mer dəvətə görə təşəkkür bildirib.
Qeyd edək ki, Bakı və Dakar şəhərləri arasında münasibətlərin təməli 1967-ci ildə Bakı nümayəndə heyətinin Dakara səfəri ilə qoyulub. 1970-ci ildə Dakar Şəhər Şurasının sədri Samba Guyenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Bakı ilə Dakar arasında qardaşlaşma sazişi imzalanıb. Həmin dövrdən etibarən Rüstəm Rüstəmov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən meydan "Dakar Meydanı" Dakarda isə, sənaye zonasına və dəniz limanına aparan dörd yolun kəsişməsində yerləşən meydan iki şəhər arasındakı münasibətlərin şərəfinə adlandırılıb.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı













.jpg)






















