Nida Xəbər
Ceyhun Bayramov Rebeka Qrinspan ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 13-cü Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan ilə görüşüb.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət və müharibənin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.
Görüşdə Azərbaycanın qlobal və regional enerji təhlükəsizliyində, ticarətdə, investisiyalarda, dayanıqlı inkişafda, iqtisadi şaxələndirmədə, kommunikasiya və nəqliyyat istiqamətində həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın regional və qlobal ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, ənənəvi və alternativ enerji layihələri və beynəlxalq ticarət marşrutlarının inkişafı istiqamətində həyata keçirilən siyasət barədə məlumat verib.
Bu çərçivədə ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunun gücləndirilməsi, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər həmçinin Yaxın Şərqrdə artan gərginliyin və müharibənin doğurduğu fəsadları nəzərdən keçirib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto


















.jpg)


















