İdman
Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
2026-cı il Dünya Kubokunda Con Stounz İngiltərə millisində 90-cı oyununu keçirəcək! Onun 100 oyuna çıxıb-çıxmayacağı bəlli deyil: müdafiəçinin 32 yaşı var və Dünya Kubokundan sonra milli komandada oynayıb-oynamayacağı haqda qərar verməyib.
Bir şey dəqiqdir: əgər Stounz Avro 2028-ə (Böyük Britaniya və İrlandiyada keçiriləcək) olarsa, orada da şəxsi dəstəyi olacaq.
Publika.az oxucuları Con Stounzun həyat yoldaşı Oliviya ilə tanış edir.




Olivia Naylor 1989-cu ilin iyul ayında anadan olub. Tezliklə 37 yaşı tamam olacaq və Stounzdan beş yaş böyükdür.
Conla görüşməzdən əvvəl Oliviyanın həyatı haqqında məlumatlar müxtəlifdir. Bəzi tabloidlər onun uşaq geyimləri brendini qurduğunu bildirir, digərləri isə Neylorun özəl gözəllik klinikasına sahib olduğunu iddia edirlər. Media bir məsələdə həmfikirdir: Oliviya sahibkar və işgüzar qadındır və Stounzla münasibətlərə başlayanda artıq möhkəm təməl qurmuşdu və pula ehtiyacı yox idi.





Oliviya və Con 2019-cu ildən bəri birlikdədirlər. Stounz artıq "Mançester Siti" və İngiltərə millisinin əsas heyətində yer alırdı.
13 avqust 2024-cü ildə Neylor nişanlandığını elan etdi. Neylor sosial mediada nişan üzüyü ilə birlikdə "Tezliklə xanım Stounz olacaq" yazıb. 2025-ci ilin yayında cütlük İbizada cəmi 40 qonağın qatıldığı gizli bir toy mərasimi keçirib.
Onların adları açıqlanmayan iki övladı - oğulları var.




-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar



































