Dünya
Türkiyədə iki böyük yanğın, yaralananlar var - Video
Türkiyənin İstanbul və Alanya şəhərlərində istirahət zonalarında iki böyük yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, İstanbulun Böyükada adasında yerləşən Viranbağı çimərlik kompleksində başlayan yanğın güclü külək səbəbindən yaxınlıqdakı meşəlik əraziyə yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Məlumata görə, ərazidəki insanlar təxliyə edilib, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Digər yanğın isə Alanyanın Güllerpınarı rayonundakı “Elysee Rive Hotel” hotelində qeydə alınıb. Bildirilib ki, hoteldən yüzlərlə turist təxliyə olunub, qısa müddətdə alovun yayılmasının qarşısı alınıb.
İlkin məlumata görə, Alanyadakı yanğın nəticəsində ölən və ya yaralanan olmayıb. Hər iki hadisənin başvermə səbəbi araşdırılır.
Müəllif: Roza
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi


















.jpg)













