İdman
Messi unikal rekord qırdı
Argentina və İordaniya milli komandaları arasında qrup mərhələsinin üçüncü turunun oyunu hazırkı dünya çempionlarının qələbəsi ilə başa çatıb. Onlar 3:1 hesabı ilə qalib gəliblər.
Publika.az xəbər verir ki, oyun ərəfəsində əsas xəbər Lionel Messinin oyuna ehtiyat oyunçular skamyasında başlayacağı idi – bunu "albiseleste"nin baş məşqçisi Lionel Skaloni elan etmişdi. Bununla yanaşı, o, kapitanın fasilədən sonra meydana çıxacağını vəd etmişdi. Güman ki, bu qərarın bir neçə səbəbi var idi. Birincisi, Leo pley-offdan əvvəl bir az dincəldi. İkincisi isə ondan başqa kiminsə qol vurmaq şansı yarandı: turnirdə argentinalıların vurduğu bütün qolların müəllifi məhz Messi idi.
Bu imkandan istifadə etməyə ən çox çalışan Covanni Lo Çelso oldu. Onun ilk qolu ofsayd səbəbindən ləğv edilsə də, sonradan o, heç bir şübhə doğurmadan fərqləndi: 19-cu dəqiqədə cərimə zərbəsindən birbaşa qapını dəqiq nişan aldı. Çox keçmədən cənubi amerikalılar penalti hüququ qazandılar və Lautaro Martines onu dəqiq yerinə yetirdi.
Skaloni sözünü tutdu: Messi ikinci hissədə meydana daxil oldu. Lakin bu, İordaniya bir topun əvəzini çıxdıqdan sonra baş verdi. Ehtiyatdan meydana daxil olan Mussa Əl-Tamari ötürməni qolla tamamladı. Bununla belə, matçda son nöqtəni argentinalılar qoydu və bunu bu günlərdə 39 yaşını qeyd edən komanda kapitanı etdi. Leo da cərimə zərbəsindən dəqiq zərbə ilə yadda qaldı. O, dünya çempionatlarının bombardirlik rekordunu 19 qola çatdırdı, həmçinin ardıcıl yeddi dünya çempionatı matçında qol vuran tarixdə ilk oyunçu oldu.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?


























.jpg)
.jpg)










