İdman
Superkompüter Dünya Kubokunun favoritini AÇIQLADI
"Opta" statistik platformasının superkompüteri futbol üzrə dünya çempionatının pley-off mərhələsinin əvvəlində Fransanı turnirin əsas favoriti adlandırıb.
Publika.az xəbər verir ki, Fransanın qələbə qazanma ehtimalı 18,7% qiymətləndirilir. Favoritlər üçlüyünə həmçinin Argentina (16,3%) və İspaniya (13,5%) milli komandaları daxildir.
Fransa 2026-cı il dünya çempionatının üçüncü turunun oyununda Norveçə qalib gəlib.
Oyun Massaçusets ştatının Foksboro şəhərindəki "Jillett" stadionunda keçirilib və 4:1 hesabı ilə başa çatıb. Qaliblərin heyətində hücumçu Usman Dembele het-trik edib, digər qolu isə Dezire Due vurub. Norveçlilərdən Telo Osqaard fərqlənib.
Bu qələbədən sonra fransızlar doqquz xal toplayaraq I qrupun turnir cədvəlində birinci pillədə möhkəmləniblər. Norveçlilər isə altı xal toplayaraq ikinci olublar.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasına qalib gələn Argentina yığmasıdır.
Hüseyn İbadlı
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
-
İdman06:16Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya







.webp)





























