Dünya
NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
NATO-nun Baş katibi Mark Rutte 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti öncəsi verdiyi müsahibədə Rusiyanı alyans üçün əsas təhlükə adlandırıb.
Publika.az xəbər verir ki, Ruttenin sözlərinə görə, Ukraynaya qarşı davam edən hücumlar Rusiyanın NATO üçün ən böyük təhlükəsizlik təhdidi olduğunu göstərir.
O, həmçinin Rusiyanın Çin, İran və Şimali Koreya ilə əməkdaşlığını diqqətə çatdıraraq, alyansın çəkindiricilik qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Baş katib Ankara sammitində müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və "NATO 3.0" konsepsiyasının əsas müzakirə mövzuları olacağını bildirib. Onun sözlərinə görə, yeni mərhələdə Avropa ölkələri və Kanada müdafiə sahəsində daha çox məsuliyyət daşıyacaq, ABŞ isə NATO daxilindəki aparıcı rolunu qoruyacaq.
Rutte Türkiyənin NATO üçün strateji əhəmiyyətini də xüsusi vurğulayıb. O, Türkiyənin alyansın ən güclü ordularından birinə sahib olduğunu, təxminən 3 min şirkətdən ibarət müdafiə sənayesinin NATO-nun güclənməsinə mühüm töhfə verdiyini deyib.
Baş katib əlavə edib ki, NATO yalnız Rusiyadan qaynaqlanan təhdidlərə deyil, terrorizmlə mübarizəyə də prioritet məsələ kimi yanaşır.
Müəllif: Roza
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi


















.jpg)













