Nida Xəbər
Suraxanıda növbəti səyyar görüşlər keçirildi - Foto
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 279 saylı və Bülbülə qəsəbəsində yerləşən 140 saylı tam orta ümumtəhsil məktəblərində keçirilib.
Səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı RİH başçısı bu gün dünyada baş verən mürəkkəb siyasi proseslər haqqında danışaraq qeyd edib ki, dünyanın müxtəlif nöqtələrində müharibələrin və münaqişələrin alovlandığı bir dövrdə Azərbaycanda hökm sürən daxili sabitlik ən böyük sərvətimizdir. Sakinlərin sosial qayğılarını dinləyən RİH başçısı bütün problemlərin diqqət mərkəzində olduğunu və hər bir məsələnin mərhələli, sistemli şəkildə həll olunacağını vurğulayıb.
Adil Əliyev tərəfindən vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır








.jpg)





.jpg)






















