Nida Xəbər
Vüqar Məmmədovun saxlanıldığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarından məlum olub ki, Vüqar Məmmədov orta təhsillidir. 2004-cü ildə o, dələduzluq maddəsi ilə məhkum olunub.
Prosesdə zərərçəkmiş qismində "Azərsun" holdinq və "Veysəloğlu" MMC-nin nümayəndələri iştirak ediblər.
Dövlət ittihamını prokuror Orxan Kəngərli təmsil edir.
Hakim deyib ki, dövlət hesabına təyin edilmiş vəkil Mehdi Zeynalov dəvət olunsa da, təqsirləndirilən şəxs onunla müqavilə bağlamaqdan imtina edib. Hüquqlarını vəkil Aqil Layicın müdafiə etməsini istəyib.
Prosesdə dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunmasını xahiş edib. Zərərçəkmişlərin nümayəndələri dövlət ittihamçısı ilə rasılaşıblar.
Daha sonra vəkil Aqil Layic təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib. Deyib ki, hədə-qorxu ilə tələbetmə cinayətlərində hüquqi şəxslər zərərçəkmiş qismində tanına bilməz, yalnız fiziki şəxslər zərərçəkmiş qismində tanına bilərlər. O, cinayət təqibinə xitam verilməsini istəyib.
Bundan başqa, vəkil Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə də vəsatət verib. O, bunu müvəkkilinin ziyalı olması ilə izah edib. Deyib ki, Vüqar Məmmədovun cinayət işi Prezident Adminstrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin işindən ayrılıb.
Vüqar Məmmədov isə bildirib ki, yaxından-uzaqdan Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur. Dövlət çevrilişi ittihamı ilə saxlanılsa da, sonradan ittihamı dəyişdirilib. O, barəsində olan cinayət təqibinə xitam verilməli olduğunu deyib.
Dövlət ittihamçısı isə vəsatətlərin təmin olunmamasını istəyib.
Hakimlər hazırlıq iclası ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.
Müdafiəçi tərəfindən verilən vəsatətlər təmin olunmayıb. Təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edilib.
Məhkəmə baxışı mayın 18-ə təyin edilib.
Qeyd edək ki, Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vüqar Məmmədov ötən ilin oktyabrın 28-də saxlanılıb.
Cinayət işi üzrə "Azərsun" holdinq, "Veysəloğlu" MMC və Azərlotereya zərərçəkmiş qismində tanınıblar.
Vüqar Məmmədov ittihamları qəbul etmir. O, daha əvvəl - 2023-cü ilin iyununda “HurriyyetTV”də yayımlanan materiala görə qadağan olunmuş məlumat yaymaq ittihamı ilə 1 ay müddətinə həbs edilmişdi.
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu































.png)


.jpg)




