Nida Xəbər
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: Çox az qaldı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Türkiyə Cənubi Qafqazda sülhün təmin edilməsi səylərini dəstəkləyir və Bakı və İrəvan artıq bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə ediblər.
Publika.az xəbər verir ki, Yılmaz bu barədə jurnalistlərlə söhbətində deyib.
"İki ölkə (Azərbaycan və Ermənistan) arasında sülhün rəsmiləşməsinə çox az vaxt qaldığını söyləmək olar. Bundan sonra böyük strateji əhəmiyyətə malik Cənubi Qafqaz həm regional, həm də qlobal miqyasda fərqli bir rol oynamağa başlayacaq", - deyə o qeyd edib.
Yılmazın sözlərinə görə, Orta Dəhlizin inkişafı və Zəngəzur Dəhlizinin açılması tranzit yük daşımalarının artımına töhfə verəcək.
"Ümumiyyətlə, bölgədə tarazlığın yaradılması həm təhlükəsizliyin, həm də rifahın artmasına səbəb olacaq", - deyə Türkiyə rəsmisi vurğulayıb.
Müəllif: Tural
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı









.jpg)














.jpg)




.jpg)








