Nida Xəbər
İlham Əliyev Keniya Prezidenti ilə görüşdü - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğuladı. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.
Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət etdi.
Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi.
Keniya Prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında dövlətimizin başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edildi.
10:40
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...





































