Nida Xəbər
Zimbabvenin vitse-prezidenti: Azərbaycanın timsalında WUF qlobal əhəmiyyət daşıyan platformaya çevrilir
Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Publika.az xəbər verir ki, vitse-prezident bu barədə Ümumdünya Şəhərsalma Forumu (WUF) tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.
O bildirib ki, Azərbaycanın timsalında WUF qlobal əhəmiyyət daşıyan platformaya çevrilir:
"Dünya liderlərinə və hökumət başçılarına bu məsələyə göstərdikləri diqqətə görə təşəkkür edirəm. Hər kəs üçün dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində bu Forumun inkişaf etdirilməsi, siyasi iradənin və praktiki strategiyaların gücləndirilməsi vacibdir. Biz birlikdə həll yolları tapmalıyıq. Çünki bu gün dünyada 3 milyard insanın yaşayış evi yoxdur".
Vitse-prezident əlavə edib ki, Zimbabve hökuməti mənzil təminatına sığınacaqdan daha çox əsas insan hüququ kimi baxır.
O bildirib ki, Zimbabvedə 1 milyon 500 min mənzil vahidi çatışmazlığı olub:
"2020-2025-ci illərdə bu çatışmazlıq xeyli azaldı. 2-ci mərhələdə - 2026-2030-cu illərdə isə daha 1 milyon vahid mənzilin tikilməsi nəzərdə tutulub. Eyni zamanda, mənzil kəsirinin dinamik bir problem olaraq qaldığını tam dərk edirik".
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu







.png)

















.png)












.jpg)