Nida Xəbər
WUF13 bu məsələlərin müzakirəsi üçün unikal platformadır - Japarov
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır. Bu mühüm forumun ən yüksək səviyyədə təşkilinə, həmçinin səmimi qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.
Publika.az xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
O qeyd edib ki, əlçatan, təhlükəsiz və keyfiyyətli mənzilə təminat müasir dünyanın əsas çağırışlarından biridir. Bu gün şəhərlər iqtisadi inkişafın, innovasiyaların və insan kapitalının mərkəzinə çevrilir. Eyni zamanda, şəhərlər iqlim dəyişikliklərinin nəticələri, infrastruktura artan təzyiq, mənzil problemləri və təhlükəsizlik məsələləri ilə ilk üzləşən məkanlardır. “Ümid edirəm ki, forumun nəticələri şəhər inkişafının gələcəyini formalaşdıracaq və ölkələrimizin dayanıqlı rifahını təmin edəcək, qabaqcıl həllərin hazırlanması üçün möhkəm zəmin yaradacaq”, - deyə Sadır Japarov vurğulayıb.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu







.png)

















.png)












.jpg)