Nida Xəbər
"Bakı orijinallıqla müasirliyin qarşılıqlı əlaqəsinin nümunəsidir"
Bakı orijinallıqla müasirlik arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir.
Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mühüm tədbirində görüşümüz münasibətilə sessiyaya ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Heydər oğlu Əliyevə, dost Azərbaycana və onun xalqına səmimi təşəkkür və minnətdarlığımızı bildiririk. Bakı orijinallıqla müasirlik, eləcə də irslə şəhərsalma sahəsində gələcəyə yönəlmiş baxış arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir", - deyə o qeyd edib.
Qonaq həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) şəhər icmalarının çətinliklərinin həllində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətindəki davamlı səylərinə, eləcə də müasir platforma və alətlərin yaradılması sahəsindəki fasiləsiz fəaliyyətinə görə təşəkkür edib: "Bu alətlərin başında duran Qlobal Tədbirlərin İdarə Edilməsi Sistemi beynəlxalq iştirakın artırılmasına, dövlət qurumları və şəhərsalma ilə bağlı inkişaf layihələri üzrə ekspertlər arasında koordinasiya və qarşılıqlı əlaqənin asanlaşdırılmasına yönəlmiş mütərəqqi bir yanaşmanı əks etdirir".
"Builki forumun mövzusu olan "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" sadəcə beynəlxalq bir tədbirin adı deyil, əksinə, şəhərlərin gələcəyinə yenidən baxmaq və insanların təhlükəsiz, ləyaqətli və davamlı mənzil hüququnu necə təmin etmək barədə qlobal bir çağırışdır. Bu gün dünya, sosial bərabərsizliklərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artan təsirləri, sürətli şəhər böyüməsi, miqrasiya və məcburi köçkünlük göstəricilərinin yüksəldiyi bir şəraitdə milyardlarla insana təsir edən və getdikcə böyüyən bir mənzil böhranı ilə üz-üzədir. Nəticə etibarilə, mənzil təminatı artıq dar çərçivəli bir məsələ deyil, sabitliyin, inkişafın və ictimai təhlükəsizliyin fundamental sütununa çevrilib. Liviyada biz daha dayanıqlı, inklüziv və ədalətli şəhərlərin salınmasının vacibliyini tam şəkildə dərk edirik", - deyə Məhəmməd Yunis Əl-Mənfi əlavə edib.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu







.png)

















.png)












.jpg)