Nida Xəbər
Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə Əliyevə minnətdarlığını bildirdi
Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13-ün Liderlər Sammitində deyib.
Şavkat Mirziyoyev bildirib ki, dünya üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar gündəliyi bu gün də aktuallığını qorumaqdadır. Təhlillərə əsasən, XXI əsrin ortalarına qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda, urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insan adekvat yaşayış şəraitindən məhrum vəziyyətdədir. Onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. 300 milyondan çox insanın isə ümumiyyətlə sığınacağı yoxdur. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhranlar yeni qlobal miqrasiya dalğaları yaradır. Bu da əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə səbəb olur. Bir sözlə, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən kritik amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz tədbirlər görməyi tələb edir.
Özbəkistan Prezidenti bugünkü tədbirin qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin formalaşmasına şərait yaradacağına və bu sahənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu







.png)

















.png)












.jpg)