Nida Xəbər
İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib
Dünyanın müxtəlif icmalarından və yüksəksəviyyəli liderlərindən ibarət on minlərlə insanın Bakıda bir araya gəlməsi təsadüfi deyil. Məqsədimiz “Qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar?” sualına cavab tapmaqdır.
Publika.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
“Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, Bakıda dözümlülük, qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Burada komanda halında işi, sürətli reaksiyanı görürük. Maraq səviyyəsi və iştirak isə burada müstəsnadır. İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını daha da yaxşı şəkildə bizə göstərir”, - deyə icraçı direktor bildirib.
A.Rossbax WUF13-ə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib və qeyd edib ki, WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir.
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!






.jpg)
.jpg)













.jpg)

.jpg)


.jpg)







