Nida Xəbər
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr aparıldı
Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.
Daha sonra müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində deyirmi masa müzakirələrində iştirak edib.
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ




























.jpg)







