Nida Xəbər
Keçmiş nazir kuryer işləyir - VİDEO
Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun ABŞ-də kuryer işlədiyi barədə məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda keçmiş məmurun avtomobilə bağlamalar yüklədiyi görüntülər əks olunub.
Paylaşımlarda bildirilir ki, o, hazırda ABŞ-də “Amazon” şirkətində kuryer fəaliyyəti ilə məşğuldur.
Sosial mediada yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi istənilən işin hörmətə layiq olduğunu vurğulayarkən, digərləri onun keçmiş siyasi fəaliyyətini xatırladıb.
Qeyd edək ki, Uluqbek Koçkorov 2018-ci ildə Qırğızıstanın əmək və sosial inkişaf naziri təyin olunub, daha əvvəl isə parlamentdə deputat kimi fəaliyyət göstərib. O, 2020-ci ildə vəzifəsindən azad edilib.
Məlumata görə, keçmiş nazir son illərdə ailəsi ilə birlikdə ABŞ-nin Çikaqo şəhərində yaşayır. Lakin onun hazırkı işi ilə bağlı rəsmi açıqlama verilməyib.(Qafqazinfo)
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
























.webp)









.jpg)

.jpg)