Nida Xəbər
Nazir müşaviri Azərbaycanın yeni iqtisadi hədəfini açıqladı
Bakıda Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Technovation - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” adlı tədbir keçirilir. Forumun əsas məqsədi qlobal iqtisadi transformasiya şəraitində innovasiyaların, rəqəmsal texnologiyaların və elmin iqtisadi inkişafda rolunu müzakirə etmək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşmasına töhfə verəcək yeni əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
Publika.az xəbər verir ki, tədbirdə dövlət və özəl sektor nümayəndələri, eləcə də beynəlxalq tərəfdaşlar rəqəmsal transformasiya, insan kapitalının inkişafı, süni intellekt və innovasiya ekosisteminin gücləndirilməsi kimi mövzuları müzakirə edirlər.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov çıxışında qlobal iqtisadiyyatda texnologiyanın artan roluna və Azərbaycanın bu proseslərdə mövqeyinə dair fikirlərini bölüşüb.
O bildirib ki, texnologiya sənayeləri yenidən formalaşdırır, rəqabət qabiliyyətini müəyyən edir və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Onun sözlərinə görə, artıq ölkələr təkcə təbii sərvətlər və coğrafi mövqeyə görə deyil, innovasiya potensialı və insan kapitalına görə rəqabət aparırlar.
Hüseyn Hüseynov vurğulayıb ki, Azərbaycan üçün bu transformasiya gələcək deyil, bu günün əsas prioritetidir. Son 20 ildə həyata keçirilən strateji investisiyalar, müasir infrastruktur və islahatlar ölkədə dayanıqlı inkişaf üçün möhkəm iqtisadi baza formalaşdırıb.
Onun sözlərinə görə, hazırda qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.
Nazir müşaviri qeyd edib ki, Azərbaycanın əsas hədəfi şaxələndirilmiş, innovasiyaya əsaslanan və dayanıqlı iqtisadiyyat qurmaqdır. Bu məqsədlə rəqəmsal transformasiya iqtisadi siyasətin mərkəzinə yerləşdirilib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən rəqəmsal iqtisadi inkişaf strategiyası rəqəmsal infrastrukturun gücləndirilməsi, innovasiyaların təşviqi və gələcək bacarıqların formalaşdırılması üçün geniş yol xəritəsi təqdim edir.
Hüseyn Hüseynov xüsusilə insan kapitalına investisiyaların vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Coursera” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Rəqəmsal Bacarıqlar üzrə Milli Proqram” minlərlə vətəndaşa süni intellekt, data analitikası və kibertəhlükəsizlik kimi sahələrdə beynəlxalq təhsil imkanları qazandırıb.
O, Azərbaycan-ABŞ iqtisadi münasibətlərinə də toxunaraq bildirib ki, ABŞ Azərbaycanın 30 ildən artıqdır ən etibarlı iqtisadi tərəfdaşlarından biridir və əməkdaşlıq artıq enerji sektorundan çıxaraq texnologiya və rəqəmsal transformasiya istiqamətində yeni mərhələyə daxil olur.
Hüseyn Hüseynov qeyd edib ki, son Azərbaycan-ABŞ İqtisadi Dialoqu yüksək məhsuldarlıqlı hesablama, süni intellekt, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə yeni əməkdaşlıq imkanlarını genişləndirib. Dell Technologies, Oracle, Microsoft və Amazon kimi şirkətlərlə əlaqələr isə bu tərəfdaşlığın strateji xarakter aldığını göstərir.
O, həmçinin “Sənaye 4.0” təşəbbüslərinin real nəticələr verdiyini, müəssisələrin istehsal proseslərini modernləşdirdiyini və əməliyyat səmərəliliyini artırdığını bildirib. “SOCAR Polymer”in Dünya İqtisadi Forumunun “Rəqəmsal Mayak” statusunu əldə etməsi isə bu sahədə mühüm uğur kimi qeyd olunub.
Sonda Hüseyn Hüseynov vurğulayıb ki, Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur və bu mərhələ texnologiya, innovasiya və bilik üzərində qurulur:
“Biz investorlar üçün sabit və proqnozlaşdırıla bilən biznes mühiti, rəqabətqabiliyyətli enerji resursları və modernləşmə istiqamətində aydın öhdəlik təqdim edirik. Azərbaycan gələcəyin sənayelərini formalaşdırmaq üçün etibarlı tərəfdaşdır”.
Adəm Abbaslı
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"





















.jpg)











.jpg)

.jpg)