Nida Xəbər
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir
Biz görürük ki, cari ilin dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15 faizdən bir az çox artıb. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, özəl kapital dövlət investisiyalarını üstələyir.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.
“Digər tərəfdən, əgər keçən illə müqayisədə özəl sektordan gələn sərmayə 15 faiz artıbsa, deməli, ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da hər ikisi. Yəni bu nöqteyi-nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik. Lakin bir daha vurğulayım ki, mənim baxışım dövlət məmurunun baxışını əks etdirir. Bizə çox vacibdir ki, sahibkarların səsini eşidək. Bununla bağlı yenə də müvafiq işçi qruplarımız mövcuddur, onlar Baş nazirin müavininin rəhbərliyi ilə fəaliyyət göstərir, biz onların işində fəal iştirak edirik. Burada ona görə mediada da sahibkarların mövcud problemlərinin işıqlandırılmasının bizim üçün bir çox hallarda böyük faydası olur”, – deyə nazir əlavə edib.
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"





















.jpg)











.jpg)

.jpg)