Nida Xəbər
Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etdilər - Foto
İyunun 11-də Azərbaycan və Qazaxıstan parlamentarilərdən ibarət nümayəndə heyəti iki ölkə arasında parlamentlərarası mübadilə səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib və Baş katib səfir Ramil Həsən ilə görüşüblər.
Publika.az xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Qazaxıstan Respublikası Parlamentinin Sosial və mədəni inkişaf komitəsinin üzvü, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilər üçün Qlobal Vərəm əleyhinə Qlobal Koalisiyasının həmsədri Güldara Nurumova, Qazaxıstan Respublikası Parlamentinin Ekologiya və təbiətdən istifadə məsələləri komitəsinin üzvü Ajar Saqandıkova, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilər üçün Qlobal Vərəm əleyhinə Qlobal Koalisiyasının regional meneceri və Tütünə Nəzarət Proqramının rəhbəri Alesya Matuseviç, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Pərvanə Vəliyevanın köməkçisi Kamil Hacıyev və tərcüməçi Leyla Nağıyeva daxil olunub.
TÜRKPA Baş katibi Ramil Həsən nümayəndə heyətinə TÜRKPA-nın və onun Beynəlxalq Katibliyinin fəaliyyəti barədə məlumat verib, eləcə də təşkilatın türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın inkişafındakı rolunu vurğulayıb. Görüş ailə fotosu ilə yekunlaşıb.
Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Baş katibin müavini vəzifəsini icra edən Bektur Bazakeçov, eləcə də Komissiya katibi vəzifəsini icra edən Mirlan Usenkanov iştirak ediblər.
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"





















.jpg)











.jpg)

.jpg)