Nida Xəbər
Prezident İlham Əliyev Kral III Çarlzı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, mətkubda deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir. Qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyini daha da zənginləşdirə bilərik.
Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".
-
Region16:09Fransanın Ermənistandakı səfirliyi zəhərlənən qonaqlardan üzr istədi
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü






































