Nida Xəbər
Azərbaycanın parlament diplomatiyası yeni uğurlara imza atır - Samir Vəliyev
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir. Xüsusilə də, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Son illər Milli Məclis bir sıra beynəlxalq parlament tədbirlərinə də uğurla ev sahibliyi edir.
“Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilməsi də bunun göstəricisidir. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılır. Tədbirdə ümumilikdə 400-dən artıq nümayəndə iştirak edir. 22-25 iyun tarixlərində keçiriləcək sessiya çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək. Bütün bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir”- deyə, Samir Vəliyev vurğulayıb.
-
Rəsmi xronika15:31İlham Əliyev sərəncam imzaladı
-
İdman14:18DÇ-2026-dakı qardaşlar: Düz yeddi cütdürlər - FOTOLAR
-
Rəsmi xronika13:20Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var
-
Sosial11:12Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
-
Dünya11:00Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO










.jpg)












.jpg)















