Nida Xəbər
BŞİH-in tabeliyindəki institut ləğv edilir - Baş nazirdən daha bir sərəncam
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakımənzilkommunlayihə” Layihə İnstitutu ləğv edilir, paytaxtda yeni büdcə təşkilatları yaradılır.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinə struktur islahatları ilə bağlı konkret tapşırıqlar verilib.
Sərəncama uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti nazirliklərlə razılaşdırmaqla iki ay müddətində paytaxtda yeni büdcə təşkilatlarının yaradılması və “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv edilməsi ilə əlaqədar təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni müddətdə “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis”in Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq yenidən təşkili barədə də layihə hökumətə təqdim olunacaq.
Həmçinin struktur dəyişikliyinə məruz qalan qurumların əsasnamələrinin təsdiqi, işçilərin say həddi və onların yeni əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı təkliflər də iki ay ərzində hökumətə təqdim edilməlidir. Bu addım paytaxtın mənzil-kommunal və şəhərsalma layihələrinin icrasında müasir idarəetmə modellərinin tətbiqinə və bürokratik maneələrin aradan qaldırılmasına imkan yaradacaq.
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı






















.jpg)










.jpg)

.jpg)