Nida Xəbər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon, M.Əsədov küçəsində, yerləşən “Qərb” şadlıq sarayında “Fövqəladə hallar zamanı baş verə biləcək yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Publika.az-ın xəbərinə görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Qərb” şadlıq sarayının kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Təlimə DYMX-nin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə ümumilikdə 7 texnika və 38 nəfər şəxsi heyəti cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq










.jpg)
























