Dünya
Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
Rusiya ilə Şimali Koreya arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji xarakter almağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Məlumata görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Moskva ilə Pxenyan arasında əlaqələr daha da intensivləşib. 2024-cü ildə Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında qarşılıqlı müdafiəni nəzərdə tutan saziş imzalanıb.
Oksford Universitetinin Şimali Koreya üzrə eksperti Edvard Hauell bildirib ki, əvvəllər Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər daha çox praqmatik xarakter daşısa da, hazırda iki ölkə faktiki olaraq müttəfiqə çevrilib.
“Bu münasibətlər sadəcə biznes əlaqələri deyil. Onlar getdikcə daha strateji və uzunmüddətli xarakter alır. Hesab edirəm ki, bu əməkdaşlıq Ukraynadakı müharibədən daha uzun sürə bilər”, - ekspert deyib.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Şimali Koreyadan 120 ballistik raket, həmçinin altı raket buraxılış qurğusu və 30-50 minə qədər hərbçi almaq istəyir. Bildirilir ki, bu raketlər Rusiyanın daha əvvəl əldə etdiyi KN-23 və KN-24 raketlərindən üç dəfə güclü ola bilər.
Kral Birləşmiş Xidmətlər İnstitutunun eksperti Samuel Ramani isə Şimali Koreyanın Rusiyaya hərbi dəstəyinin əvvəlki illərlə müqayisədə daha nəzərəçarpacaq həddə çatdığını bildirib.
Cənubi Koreya Mərkəzi Bankının qiymətləndirməsinə görə, Şimali Koreyanın ÜDM-i 2023-cü ildən etibarən hər il 3 faizdən çox artıb. Bu göstərici “Böyük yeddilik” ölkələrinin hər birindən yüksəkdir.
ABŞ-ın keçmiş milli təhlükəsizlik rəsmisi Viktor Ça hesab edir ki, Ukraynadakı müharibə Şimali Koreya lideri Kim Çen Ina böyük imkanlar yaradıb. Onun sözlərinə görə, Şimali Koreya Rusiya ərazisində, xüsusilə Kursk vilayətində döyüşlər zamanı müasir müharibə, o cümlədən dronlardan istifadə sahəsində mühüm təcrübə əldə edib.
Ekspertlərin fikrincə, Pxenyan bu təcrübəni öz ordusunun hazırlığında istifadə etmək niyyətindədir.
Eyni zamanda, Şimali Koreyanın Rusiyaya yeni hərbi qüvvələr göndərməyə hazırlaşdığı barədə məlumatlar da yayılıb. Lakin hazırda belə bir yerləşdirmənin yaxın vaxtlarda baş verəcəyinə dair konkret əlamətlərin olmadığı bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko isə hesab edir ki, Kim Çen Inın əsas məqsədi hərbçilərinin müasir müharibə təcrübəsi qazanmasını təmin etməkdir. Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri Rusiyada əldə etdikləri döyüş təcrübəsini ölkələrinə aparmalıdırlar.
Akqabay
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB28 Sentyabr 21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika28 Sentyabr 11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?

















.jpg)














.jpg)
