Nida Xəbər
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.
Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib.
Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.
Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb.
Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu


























.jpg)








.jpg)

.jpg)