Nida Xəbər
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış oldular - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar.
Publika.az xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən qala uzun illər boyu şəhəri xarici hücumlardan qoruyaraq onun alınmazlıq rəmzinə çevrilib. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilib.
Daha sonra konqres iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhərinin mərkəzi meydanını ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı ilə də tanış olublar.
Qonaqlara bildirilib ki, Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin tarixi-mədəni irsinin qorunması ilə yanaşı, onun beynəlxalq mədəniyyət və elm mərkəzi kimi inkişafına da xidmət edir.
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu





















.jpg)








.jpg)

.jpg)