Nida Xəbər
“Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirildi - FOTO
İyulun 2-də Azərbaycan Milli Kitabxanasında "Türk Dünyası Milli Kitabxanaları" İctimai Birliyinin I toplantısı keçirilib.
Publika.az xəbər verir ki, toplantını İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Direktor digər türk dövlətlərinin təşkilata qoşulması və birliyin beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu vurğulayıb.
İclasın əsas müzakirə mövzusu 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri və Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. K.Tahirov təklif edib ki, türk xalqlarının ortaq mədəni irsini əhatə edən rəqəmsal resurslar vahid portalda birləşdirilsin və üzv ölkələrin oxucularının istifadəsinə təqdim olunsun.
Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu ortaq məlumat bazasının yaradılmasının əhəmiyyətini qeyd edib.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Kumis Seitova və Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov çıxış edərək təşəbbüsü dəstəklədiklərini bildiriblər. Onlar müəllif hüquqlarının qorunması, tammətnli resursların yerləşdirilməsi, elektron kataloqlardakı biblioqrafik yazıların identifikasiyası, texniki standartların müəyyənləşdirilməsi kimi məsələlərin layihənin uğurlu icrası üçün əsas şərtlər olduğunu qeyd ediblər. Bu məqsədlə texniki mütəxəssislərdən ibarət işçi qrupun yaradılması və mütəmadi onlayn müzakirələrin keçirilməsi təklif olunub.
Birliyin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova birliyin ortaq dövri nəşrinin hazırlanmasını təklif edib üzv kitabxanaların fəaliyyəti və həyata keçirdikləri layihələrin həmin nəşrdə müntəzəm işıqlandırılmasının əhəmiyyətini vurğulayıb.
Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa rəhbərlik etdiyi kitabxananın rəqəmsallaşdırma sahəsində əldə etdiyi təcrübə, elektron kitabxana xidmətləri və rəqəmsal platformalar barədə məlumat verib. O, bu təcrübəni Birliyin üzvləri ilə bölüşməyə hazır olduqlarını bildirərək türk dünyası üçün ortaq rəqəmsal mədəni platformanın yaradılmasının əməkdaşlığın yeni mərhələsi olacağını qeyd edib.
Toplantıda kitabxanaçılar arasında peşəkar mübadilə proqramlarının həyata keçirilməsi, üzv ölkələrin milli kitabxanalarında qarşılıqlı ədəbiyyat bölmələrinin yaradılması, ortaq internet saytının hazırlanması, vahid oxucu bileti modelinin perspektivləri, Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması və digər məsələlərlə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda səsləndirilən təkliflər ümumiləşdirilərək 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müəyyən olunub. “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər edilməsi və birliyin təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO








.jpg)

.jpg)







.jpg)
















