Nida Xəbər
Quru sərhədlər bağlıdır: Tbilisi–Bakı qatarına maraq yüksəlib
Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Bu da ölkə ərazisində quru sərhədlərin bağlı olması ilə əlaqədardır.
Publika.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra digər nəqliyyat növlərindən də istifadə etməklə ölkəni tərk edə bilir, lakin ölkəyə daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan Tbilisi-Bakı istiqaməti üzrə daha çox tələbat var.
A.Fərəcov əlavə edib ki, mövsümlə əlaqədar olaraq biletlərdə endirimlərin tətbiq edilməsi hər hansı bir müzakirə aparılmır:
“Biletlər minimal qiymətlərlə satışa təqdim olunur”.
O həmçinin bildirib ki, köhnə tipli vaqonların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və ya təhlükə yoxdur:
“Bu texniki istismar qaydalarına uyğundur və qoşulan vaqonlar həmin qatarın sürəti və funksionallığı ilə hərəkət edəcəklər”.
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
























.jpg)






.jpg)

.jpg)
