Nida Xəbər
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - FOTO/VİDEO
2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.
Publika.az əbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının, bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib.
Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki təlimlər və taktiki-xüsusi təlimlər, döyüş atışları keçirilib, təminat tapşırıqları praktiki olaraq işlənib.
Taktiki fəaliyyətlər Vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq icra edilib, Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının, praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirib.
Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib.
İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirib. Təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyi və təlimin məqsədlərinə nail olunduğu qeyd edilib.
-
Dünya13:20Tramp Ankarada elan etdi: İranla atəşkəs bitdi
-
Dünya12:38Ankarada şam yeməyində Trampın kefi kök olub – Mertsin həyat yoldaşı ilə...
-
İdman12:20Di Kaprionun keçmiş sevgilisi DÇ-də Messini belə dəstəkləyir - FOTO
-
Nida Təhlil 11:02Trampın Türkiyə səfərinin pərdəarxası: Regionda nələr dəyişir?
-
MDB10:14Əlacsız qalan ruslar benzini evdə hazırlayırlar: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...
-
Region08:50İran ABŞ-ın PUA-sını vurdu
-
Yaxın Şərq08:40İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum etdi

















.jpg)






















.jpg)






