Nida Xəbər
Ülvi Mehdiyev: Azərbaycanda son üç “ASAN xidmət” mərkəzləri bu şəhərlərdə açılacaq
“Bu gün artıq ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir. Əlavə olaraq üç “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq ölkənin bütün regionları üzrə xidmət həyata keçirir. Düşünürük ki, bu say kifayət edir”.
Publika.az xəbər verir ki, bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
Agentlik rəhbəri qeyd edib ki, mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur:
“Çünki bundan əlavə 10 səyyar avtobus da var. Onlar “ASAN xidmət” mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Bu 10 səyyar avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Yalnız işğaldan azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılması nəzərdə tutulur. İşğaldan azad edilmiş üç şəhərdə - Ağdam, Cəbrayıl və Laçında “ASAN xidmət” mərkəzlərinin yaradılması planlaşdırılır. Bunlar regional mərkəz olacaqlar və ətraf rayonlara da xidmət edəcəklər”.
Qeyd edək ki, geniş müsahibə bu gün saat 20:45-də Teleqraf İnformasiya Agentliyi və "Baku TV" də yayımlanacaq.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı








.jpg)


























.jpg)
.jpg)

.jpg)