Bill Qeytsdən dünyaya “qiyamət” xəbərdarlığı: Hazırlaşın
Bizi izləyin

Dünya

Bill Qeytsdən dünyaya “qiyamət” xəbərdarlığı: Hazırlaşın

Bill Qeytsdən dünyaya “qiyamət” xəbərdarlığı: Hazırlaşın

“Microsoft”un qurucularından olan Bill Qeyts süni intellektin yaratdığı qlobal təhlükələrlə bağlı ciddi xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, milyarder süni intellektin bioloji təhlükələrdən kibertəhlükəsizliyə, kütləvi işsizlikdən insan davranışlarına qədər bir sıra risklər yaratdığını bildirib. Qeyts bu sahədə təhlükəsiz gələcəyin təmin edilməsini dünyanın əsas prioritetlərindən biri hesab edir.

O, noyabr ayında Çin sədri Si Cinpinlə görüşməyi planlaşdırdığını və Pekinə süni intellekt risklərinin məhdudlaşdırılması ilə bağlı qlobal əməkdaşlıq təklif edəcəyini açıqlayıb.

Qeytsin sözlərinə görə, süni intellekt modellərinin bioloji silahların hazırlanması və müxtəlif molekulların istehsalında istifadə imkanları beynəlxalq səviyyədə nəzarətdə saxlanılmalıdır.

Bill Qeyts süni intellekt sistemlərinin artıq narahatedici səviyyəyə çatdığını deyib. Onun sözlərinə görə, “OpenAI”, “Anthropic” və “Meta” kimi şirkətlərin hazırladığı modellər kibertəhlükəsizlik testləri zamanı real internet saytlarını sındıra bilib.

Sahibkar nüvə silahlarına nəzarət və beynəlxalq aviasiya qaydalarını nümunə göstərərək süni intellekt üçün də qlobal nəzarət mexanizmi yaradılmasını təklif edib. O, həmçinin insanların süni intellekt sistemlərindən psixoloji asılılığa düşməsi və uşaqların süni intellektlə qurduğu münasibətlərin yaratdığı risklər barədə xəbərdarlıq edib.

Qeyts süni intellektin əmək bazarında ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirib. O, mövcud iş yerlərinin ən azı 40 faizinin insanlar üçün qorunmasının vacib olduğunu düşünür.

Milyarder süni intellektdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsini və həmin vəsaitin sosial müdafiə sistemlərinin maliyyələşdirilməsinə yönəldilməsini təklif edib.

Qeyts xüsusilə insan amilinin mühüm olduğu sahələrdə süni intellektin insanları tam əvəz edə bilməyəcəyini vurğulayıb. O, gələcəkdə süni intellektin əmək bazarını ciddi şəkildə dəyişdirəcəyi barədə xəbərdarlıq edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm