İdman
Transgender qalmaqalı: məşhur türkə qadağa qoyuldu
NBA-nın keçmiş oyunçusu Enes Kanter Fridomun, transgender məsələləri üzündən “Sky”ın mühafizəçisi Nataşa Klaudla qarşıdurmadan sonra “Çikaqo Sky”ın ev oyunlarına qatılmasına qeyri-müəyyən müddətə qadağa qoyulub .
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Qadağa liqa üzrə tətbiq olunmayacaq. Lakin, komandanın sahibi Maykl Alterin sözlərinə görə, əgər Kanter oyunlarda komandanın davranış qaydalarına riayət edə biləcəyini və ictimaiyyət üçün təhlükə yaratmayacağını sübut edə bilsə, qadağa qaldırıla bilər .
Xatırladaq ki, bir gün əvvəl Kanter “Çhikaqo Sky” və “İndiana Fever” (90:113) komandaları arasında keçirilən oyuna üzərində “QADIN – isimdir, qadın cinsindən olan yetkin insan” yazısı olan köynək geyinmişdi.
Bu, Nataşa Klaudu qəzəbləndirdi və o, ona yaxınlaşıb nəsə qışqırmağa başladı. Hadisə nəticəsində türk basketbolçusu təhlükəsizlik xidmətinin müşayiəti ilə meydandan çıxarıldı.
Qeyd etmək lazımdır ki, 34 yaşlı Kanter Fridom NBA-da 11 mövsüm keçirib və bu müddət ərzində 748 oyuna çıxıb.
Karyerası ərzində “Fənərbaxça”, “Yuta Caz”, “Oklahoma Siti Tander”, “Nyu-York Niks” , “Boston Seltiks”, “Portlend Treyl Bleyzers” kimi komandaların rənglərini qoruyub və karyerasını Amerika Liqasında başa vuraraq “Hyuston Rokets”də oynayıb. “Hyuston Rokets” isə sonda türk mərkəz oyunçusunun xidmətlərindən imtina edib.
Qeyd etmək lazımdır ki, Kanter müxtəlif sahələrdə açıq sözlü fəaldır. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə tənqid edib, NBA-nı Çinlə iş görməkdə qınayıb (o hesab edir ki, Hyustonun onunla tərəfdaşlığına son qoymasının səbəbi də elə budur) və transgender insanların qadın idman növlərində iştirakına qarşı çıxıb.
Hətta bu yaxınlarda diqqəti cəlb etmək üçün WNBA layihəsini elan edib.
Qeyd etmək lazımdır ki, Kanter 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarını boykot etməyə çağırmışdı. 2021-ci ildə basketbolçu soyadının yanına ingilis dilində “azadlıq” mənasını verən “Fridom” əlavə edib.
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi







































