Nida Xəbər
1 vəkil kollegiyadan xaric olunub, dördü cərimələnib
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. Belə ki, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərə, habelə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təmir işlərinin aparılmasına maliyyə dəstəyinin ayrılması barədə müraciətə baxılaraq müsbət qərarlar qəbul olunub.
Bundan başqa, Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılaraq ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi"nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xüsusi təqaüdün ayrılması qərara alınıb.
İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı








.jpg)


























.jpg)
.jpg)

.jpg)