Nida Xəbər
XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.
Bu çərçivədə, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.
Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik", - deyə məlumatda bildirilib.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı








.jpg)


























.jpg)
.jpg)

.jpg)