Nida Xəbər
Baş Prokurorluq şirkət rəhbərinin iddialarını yalanladı
Son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır" - deyə məlumatda qeyd olunub.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı








.jpg)


























.jpg)
.jpg)

.jpg)