Nida Xəbər
Ceyhun Bayramov Almaniyanın yeni səfiri ilə görüşdü
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Dirk Lölkeni qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin bu gün də münasibətlərin inkişafı üçün mühüm təməl rolunu oynadığını qeyd edərək, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan səylər barədə məlumat verib.
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi






































.jpg)
