Nida Xəbər
Azərbaycan, Macarıstan və Qazaxıstan hərbi informasiya sahəsini müzakirə etdi - FOTO
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Azərbaycan, Macarıstan və Qazaxıstan Müdafiə nazirlikləri arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlara Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı informasiya təminatı, dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.
Sonra nümayəndə heyətlərinə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən informasiya, kommunikasiya, hərbi-mülki əməkdaşlıq (CIMIC), ictimaiyyətlə əlaqələr, nazirliyin rəsmi sosial media platformaları, eləcə də vətəndaş müraciətləri sahəsində görülən işlərlə bağlı brifinqlər təqdim edilib.
Görüşdə, həmçinin hər üç ölkənin ordusunda strateji kommunikasiya işinin, informasiya fəaliyyətinin və hərbi-mülki əməkdaşlığın təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra nümayəndə heyətləri Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ














.jpg)


.jpg)








.jpg)














.jpg)