Nida Xəbər
Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı, açarlar təqdim edildi - YENİLƏNDİ
Xankəndi, Xocalı və Ağdərəyə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Publika.az xəbər verir ki, səhər saatlarında respublikanın müxtəlif yerlərindən doğma yurda qayıdan 87 ailəyə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
xxx
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca və Təzəbinə kəndlərinə, həmçinin Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə yola salınan növbəti köç karvanları mənzil başına çatıb.
Publika.az xəbər verir ki, köç çərçivəsində Xankəndinin Kərkicahan qəsəbəsinə 8 ailədən ibarət 36 nəfər, Xocalının Badara kəndinə 5 ailədən 13 nəfər, Xanyurdu kəndinə 4 ailədən 10 nəfər, Xanabad kəndinə 8 ailədən 31 nəfər, Ballıca kəndinə 3 ailədən 8 nəfər, Təzəbinə kəndinə 14 ailədən 71 nəfər köçürülüb.
Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailədən 36 nəfər, Həsənriz kəndinə 6 ailədən 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailədən 49 nəfər, Çapar kəndinə isə 15 ailədən 51 nəfər yerləşdirilib.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Mərasimlərdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ümumilikdə növbəti köç çərçivəsində qeyd olunan ərazilərə 87 ailədən 335 nəfər köçürülüb.
xxx
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam







































.jpg)

