Nida Xəbər
Nazir: "Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar var"
Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrin şaxələndirilməsi imkanlarını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və digər həmkarları ilə birlikdə IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak ediblər.
"Strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin intensiv inkişafını vurğuladıq, birgə fəaliyyətin şaxələndirilməsi və regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu qeyd etdik. Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanlarını dəyərləndirdik",-deyə M. Cabbarov qeyd edib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)








.jpg)

.jpg)















.jpg)