Nida Xəbər
Ombudsman Özbəkistanda səfərdə oldu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Daşkənd şəhərində "Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Qurumdan Publika.az-a verilən məlumata görə, konfransda "Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar" mövzusunda panel sessiyada çıxışı edən Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının süni intellektin təhlükəsiz və insan hüquqlarına uyğun şəkildə tətbiqinin təşviqində mühüm rol oynadığını bildirib, rəqəmsal mühitdə qadınların hüquqlarının qorunması və təhlükəsiz rəqəmsal məkanın yaradılmasının dövlətlər üçün əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ombudsman informasiya texnologiyaları sahəsindəki inkişafın qadınların təhsilə, sahibkarlığa, dövlət xidmətlərinə çıxışını xeyli genişləndirdiyini vurğulayıb. O, rəqəmsal platformaların xüsusilə sosial və ya fiziki məhdudiyyətlərlə üzləşən qadınların ictimai həyatda fəal iştirakı və özünəinamının artırılması üçün vacib bir vasitəyə çevrildiyini qeyd edib.
Müvəkkil son illərdə ölkəmizdə aparılan islahatların rəqəmsal inkişafın təmininə və innovativ idarəetməyə əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, son dövrdə qəbul olunmuş strateji sənədlərin süni intellektin təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına uyğun istifadəsinin təşviqini hədəflədiyini bildirib.
Ombudsman qadınların rəqəmsal mühitdə özlərini təhlükəsiz hiss etmələrini təmin edən etibarlı hüquqi və institusional mühitin yaradılmasının, süni intellekt və digər innovativ texnologiyaların inkişafına və tətbiqinə gender bərabərliyi prinsipinin inteqrasiyasının, milli insan hüquqları təsisatlarının bu istiqamətdə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müvəkkil konfrans çərçivəsində "Qərar qəbuletmədə qadın liderliyi" mövzusunda tədbirdə də iştirak edib. Həmin tədbirdə çıxışı zamanı Ombudsman qadınların qərar qəbuletmə proseslərində bərabər iştirakı üçün real imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qadınların qərar qəbuletmə prosesinə fərqli təcrübə və perspektivlər gətirməklə daha inklüziv və insan mərkəzli idarəetməyə töhfə verə biləcəklərini qeyd edib.
Səfər çərçivəsində, həmçinin Ombudsman Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin Senatında, Ali Məclisin Qanunvericilik Palatasında və Konstitusiya Məhkəməsində rəsmi görüşlər keçirib. Görüşlər zamanı insan hüquq və azadlıqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması istiqamətində ombudsman təsisatları ilə parlament və məhkəmə institutları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Özbəkistanın dostluq və əməkaşlıq münasibətlərinin insan hüquqları sahəsində də uğurla davam etdirildiyini qeyd edib.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı




































.jpg)

