Nida Xəbər
Mirzoyandan Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolları ilə bağlı mühüm açıqlama
Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinə qədər uzanan dəmir yolu hissələrinin bərpası ilə bağlı layihənin detallarını müzakirə etməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi layihə üzrə investisiyaların həcmi və kim tərəfindən yatırılacağı da daxil olmaqla, əsas məsələləri müzakirə etməyə hazır olduğuna dair siqnal verib.
"Cəmi iki-üç gün əvvəl mən onların (Rusiya nümayəndələrinin - red.) nüansları - kim və nə qədər investisiya qoymalıdır və sairəni müzakirə etməyə hazır olduqları barədə siqnallar aldım", - Mirzoyan bildirib.
O qeyd edib ki, layihənin reallaşdırılması onun hansı şərtlərlə həyata keçiriləcəyindən asılı olacaq. Məsələnin hələ aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevralında 30 il müddətinə, müddətin daha 10 il uzadılması imkanı ilə “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyinə verilib.
Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərində yerləşən dəmir yolu xətlərini bərpa etmək planları fonunda gündəmə gəlib. Baş nazir Nikol Paşinyan may ayında bu işləri Ermənistanın öz vəsaiti hesabına həyata keçirməyə hazır olduğunu açıqlayıb. Paşinyan həmçinin Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi variantını nəzərdən keçirməyi təklif edib. Lakin Rusiyanın nəqliyyat naziri Andrey Nikitin daha sonra bu məsələnin müzakirə olunmadığını bildirib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






.jpg)



.jpg)









.jpg)


.jpg)













