Nida Xəbər
Fövqəladə Hallar Nazirliyi silsilə maarifləndirmə tədbirləri keçirdi
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-Qərb RM tərəfindən Zaqatala rayonu və Balakən rayonu Heydər Əliyev mərkəzlərində, Muğan RM tərəfindən Şirvan Regional Reklam İdarəsində, Aran RM tərəfindən Naftalan şəhər Mərkəzi Xəstəxanasında və Ucar rayon Dəmiryol Stansiyasında, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Stomatoloji Poliklinikasında, Sumqayıt şəhər 48, 54 və 69 nömrəli körpələr evi-uşaq bağçalarında, Abşeron rayon Mərkəzi Kitabxanasında, Abşeron rayonu ərazisində yerləşən meşə massivlərində, istirahət zonalarında çalışan işçi personalı və istirahət edən vətəndaşlarla maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)









.jpg)


.jpg)













