Nida Xəbər
Əli Əsədov Lyu Haysin ilə görüşdü
Baş nazir Əli Əsədov sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ardıcıl inkişaf etdiyi bildirilərək “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsi və tranzit potensialının artırılması baxımından önəmi diqqətə çatdırılıb.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib, partiyalararası əməkdaşlığın və qarşılıqlı təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı









.jpg)



















.jpg)








.jpg)

