Nida Xəbər
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!









.jpg)
.jpg)

























