Nida Xəbər
Bəzi məmurlar əmlaklarını qohumlarının adına keçirirlər, guya... - Siyavuş Novruzov
Milli Məclisin plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bu sənədin qəbulunda hətta gecikildiyini bildirib.
Publika.az xəbər verir ki, parlamentari çıxışında ilk növbədə bəyannamənin düzgün və vaxtında təqdim olunması məsələsinə toxunub. O, korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb olunan bəzi vəzifəli şəxslərin qeyri-qanuni yolla əldə etdikləri vəsait və əmlakları yaxın qohumlarının və ya ətrafındakı şəxslərin adına rəsmiləşdirdiyini, özlərinin isə guya heç bir mülkünün olmadığının ortaya çıxdığını diqqətə çatdırıb.
S.Novruzovun sözlərinə görə, bu vəziyyət cəmiyyətdə haqlı narazılıq doğurur. O hesab edir ki, bəyannamə əvvəlcədən təqdim olunmalı, irsi və ya keçmişdən qalan torpaq və digər əmlaklar da daxil olmaqla bütün məlumatlar açıq şəkildə əksini tapmalıdır ki, gələcəkdə bu məsələlərə aydınlıq gətirmək mümkün olsun.
Deputatın qaldırdığı ikinci mühüm məsələ ədalətsiz rəqabət və sahibkarlıq mühiti ilə bağlıdır. S.Novruzov bəzi şəxslərin öz mövqelərindən və imkanlarından istifadə edərək ticarət, fermer təsərrüfatı və digər sahələrdə üstünlük qazandıqlarını bildirib.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlar banklardan yüksək faizlə (20–30 faiz) kredit götürərək iş qurmağa çalışdıqları halda, resursları baha qiymətə almağa və məhsullarını dəyərindən aşağı satmağa məcbur qalırlar.
Parlamentari bu cür haqsızlıqların kənd yerlərində minlərlə insanı sahibkarlıq fəaliyyətindən uzaqlaşdırdığını vurğulayaraq, yeni qanunun bu qanunsuzluqların aradan qaldırılmasına töhfə verməli olduğunu qeyd edib.
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi












.jpg)





















