Nida Xəbər
Nobel Sülh mükafatının builki sahibi bəlli oldu - FOTO
2026-cı il Nobel Sülh mükafatı Cənubi Afrikada anadan olmuş hüquqşünas və insan hüquqları müdafiəçisi Navi Pillaya verilib.
Publika.az xəbər verir ki, 85 yaşlı Navi Pillay beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhün təşviqi istiqamətində fəaliyyətinə görə mükafatlandırılıb. Norveç Nobel Komitəsi bildirib ki, beynəlxalq hüquq sistemi ciddi təzyiqlərlə üzləşdiyi bir dövrdə onun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Navi Pillay uzun illər beynəlxalq hüquq sahəsində çalışıb. O, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında hakim, Beynəlxalq Cinayət Məhkəməsində isə hakim kimi fəaliyyət göstərib. 2008-2014-cü illərdə BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsini tutub.
Pillay, həmçinin işğal olunmuş Fələstin əraziləri üzrə BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasına rəhbərlik edib. Komissiyanın 2025-ci ildə yayımladığı hesabatda İsrailin Qəzza zolağında soyqırımı törətdiyi qənaətinə gəlinib. İsrail bu ittihamları rədd edib.
Nobel Sülh mükafatının təqdimetmə mərasimi dekabrın 10-da Osloda keçiriləcək. Mükafatın pul məbləği 12 milyon İsveç kronudur.
Müəllif: Adəm

-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...






















.png)













